Verilənləri oxumaq və təmizləməkdən maşın öyrənməsi modellərinə, dərin öyrənmədən müasir süni intellekt tətbiqlərinə (LLM, embedding, RAG) qədər tam yol. Hər mövzu real verilənlər üzərində kodla işlənir.
Proqramın modulları
- Elmi Python · 15 saat
- Verilənlərin təhlili və statistika · 15 saat
- Maşın öyrənməsi · 21 saat
- Nəzarətsiz öyrənmə və modelin şərhi · 21 saat
- Dərin öyrənmə · 18 saat
- Müasir süni intellekt və yerləşdirmə · 18 saat
Proqramda hazırlayacağınız layihələr
- Müştəri itkisi (churn) proqnoz modeli
- Şəkil təsnifatı (CNN, transfer learning)
- Öz sənədlərinizlə işləyən RAG köməkçisi + FastAPI servisi
Kimlər üçün?
- Data scientist / data analitik olmaq istəyənlər
- İşində verilənlərlə işləyib avtomatlaşdırmaq istəyənlər
- Süni intellekt layihələrində texniki iştirak etmək istəyənlər
Proqram ödənişlidir və ödənişlər qəti qeydiyyat zamanı alınır. Niyə ilkin qeydiyyat? Qrup yalnız ən azı 12 nəfərə çatanda açılır; ilkin qeydiyyat bunu müəyyən etmək üçündür və bu mərhələdə ödəniş alınmır.

